28 Fevral 2018 14:12
4 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-də yayımlanan "5də5” verilişində mübahisə düşüb.

Verilişdə qonaq olan müğənni Orxan Babazadə ilə aparıcı Zaur arasında gərgin anlar yaşanıb. Zaurun "İndi də qızlarla efirə çıxdın. Varlığa nə darlıq, bir əl çalan kimi qızlar gəlir. Eşitdik, dağıstanlı qızla nişanlanmısan”, - deməsi müğənnini özündən çıxardıb.

Orxanın cavabı özünü gecikdirməsə də, müğənninin bəzi sözləri efirə verilməyib:

"Zaur danışığına diqqət et. Mən sənin üçün o-bu deyiləm. Şəxsi həyatımı müzakirə etmək istəmirəm. O şəkil necə yayılıb, bilmirəm. Həmin adamı tapıb cəzalandıracam”.

Daha sonra Zaur Orxana "Əl-qolunu yanına qoy, əlimin solu ilə pis vuraram", - deyib.

Qeyd edək ki, müğənni Orxan Babazadənin dağıstanlı iş adamının qızı ilə nişanlandığı xəbəri yayılıb./Azxeber.com/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər