Türkiyədə çəkilən və iki qadın aktrisa – Dəniz Gönen və Ebru Şancının öpüşmə səhnələri ilə qalmaqal yaradan "Cəza" filminin təqdimat gecəsi keçirilib
Qala gecəsinə bir çox tanınmış sənətçilər qatılıblar. Cazibədar aktrisa D.Gönənin həyat yoldaşı Mətin Türkcan ölkədə baş verən səs-küydən sonra arvadının sevişmə və tərəfdaşının qucağında rəqs epizodlarına qarşı etiraz edib. O, həmin kadrların filmdən çıxarılmasını istəmişdi, görüntülərin çıxarılıb-çıxarılmadığı barədə məlumat verilməmişdi.
Ötən gün baş tutan təqdimatda həmin səhnələrin nümayiş edildiyini görə,Türcan əsəbləşib. Sözünün keçmədiyini görən M. Türkcan salonu tərk edib.
/anspress/