7 Avqust 2014 21:00
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Ollandın aktrisa sevgilisi Juli Qayla olan münasibətləri başa çatıb


Bir müddət əvvəl evlənmək xəbəri ilə gündəmə gələn cütlüyün ayrılmasını təsdiqləyən fotolar Korsika adasında ortaya çıxıb.

Juli Qay prezidentdən ayrılaraq özünə vəkil sevgili tapıb. Pierr Puybasset adlı vəkil sevgilisi ilə 5 gün boyunca Korsika adasında qalan 42 yaşlı aktrisanın daha sonra Parisə geri döndüyü bildirilib. Yeni cütüyün fotoları ‟Voici‟ jurnalı tərəfindən yayımlanıb.

Onu da qeyd edək ki, aktrisanın keçmiş sevgilisi Fransua Olland Versalda təkbaşına 10 günlük tətildə olub.

Xatırladaq ki, bu ilin əvvəlində Fransua Ollandın Juli Qayla münasibətləri ortaya çıxdıqdan sonra vətəndaş nikahında olduğu telejurnalist Valeri Trierveller Yelisey sarayını tərk etmişdi.

Ollandla Qayın avqustun 12-də - prezidentin 60 illik yubileyi günündə evlənəcəkləri deyilirdi və bu, prezidentin ilk rəsmi nikahı olacaqdı.

/ailem.az/


Müəllif:

Oxşar xəbərlər