Aktrisa Pərvin Abıyeva “Sənətsevər” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, Pərvin bildirib ki, bir dəfə nişanlı olub və ayrılıb:
“İlk məhəbbətim çox olub, hansı birini deyim? Gözəllik xəstəsiyəm, fərqi yoxdur, qız, ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Mən də bu şüarla yaşayıram. Həmişə gələcəyimə baxıram.
Sevgi qadınıyam, özümü sevgisiz təsəvvür etmirəm. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm. Gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, “Tanınmış aktrisa olacaqsan” inanmazdım. Çünki 17 yaşında nişanlı olmuşam. 19 yaşımda toyum olacaqdı. Bu münasibət ailəmin istəyi ilə qurulmuşdu. Ən çox da anam istəyirdi ki, həmin şəxslə ailə qurum. Amma alınmadı".
Pərvin nişanlandığı şəxsin saxtakar olduğunu söyləyib:
"Sonradan öyrəndim ki, həmin şəxs həm nişanlı, həm də evli olub. Məndən əvvəl həyatında nə qədər qadın var imiş. Buna görə də ailə qurmaq alınmadı. Düşünürdüm ki, bununla adım çıxıb, hamı bilir. Bədbəxt olsam belə, onunla ailə qurmağı düşünürdüm. Elə oldu ki, işə girdim, dedim dünyagörüşüm artsın. O günə qədər evdə otururdum, evdarlıq edirdim. Heç kim inanmaz ki, mən hətta inək də sağa bilirəm. Birdən gözüm açıldı və dünyanı gördüm. Dedim ki, bunla bədbəxt olacamsa, onsuz olum. Həmin münasibətdə o qədər əsəbiləşirdim ki, məndə nevroz xəstəliyi yarandı”.