13 Mart 2018 10:33
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış reper Dado (Səid Əliyev) ayrıldığı deyilən həyat yoldaşı Natavan Həbibini unutmadığını göstərmək üçün daha bir addım atıb.

Teleqraf.com xəbər verir ki, reper öz İnstaqram səhifəsində üzərində N.Həbibinin şəkli olan fincanın fotosunu paylaşıb və “Hər zaman və hər an” sözlərini yazıb.

Qeyd edək ki, Dado 8 Mart Beynəlxalq Qadınlar Günündə də keçmiş həyat yoldaşı ilə qucaqlaşdığı fotonu paylaşaraq, onu təbrik etmişdi. Amma müğənni reperin bu jestinə heç bir münasibət bildirmədikdən sonra fotonu silmişdi.

Xatırladaq ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində öz instaqram hesabında elan etmişdi. Bu hadisədən bir neçə həftə sonra aparıcı Zaur Kamal onların barışıq videosunu paylaşmışdı.

Fevralın əvvəlində isə ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Natavan Həbibi həyat yoldaşı ilə birdəfəlik ayrıldığını demişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər