Rusiyada qəribə hadisə baş verib. İqor Vorozbitsin adlı balıqçı hər zaman olduğu kimi balıq tutmağa gedərkən başına iş gəlir.
Bir ayı ona hücum edir. Balıqçının köməyinə mobil telefonu çatır. Daha doğrusu telefondakı Castin Biber mahnısı.
Məsələ belə olub: Ayının hücumuna məruz qalan balıqçının telefonuna zəng gəlir. Zəngin melodiyası Biberin məşhur “Baby” mahnısı idi. Bu ayını əməlli başlı qorxudur, və ayı nəticədə qaçmalı olur.
Beləliklə, balıqçını sizcə kim xilas etmiş oldu?