Türkiyəli aktyor Barış Arduç jurnalistlərə aktrisa Güpse Özayla münasibətlərindən danışıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor 3 ildir birlikdə olduğu aktrisa Güpse Özayla evlənməyə hazırlaşdıqlarına dair yayılan məlumatların əsassız olduğun deyib.
Barış Arduç bildirib ki, toyunun olacağı zaman hər kəs məlumat alacaq: “Bu haqda çox danışmağı xoşlamıram. Toy olanda məlumat verəcəm. Çünki xoşbəxtlik paylaşılanda çoxalır".
Aktyor əlavə edib ki, sentyabrda yeni serialla efirdə olacaq.