Qalmaqallı türk müğənni Seren Serengil bu yaxınlarda ayrılıb-barışdığı sevgilisindən evlilik təklifi alıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, özü kimi müğənni olan sevgilisi Yaşar İpəkdən evlilik təklifi ona səhnədə gəlib.
Həmin anların görüntülərini İnstaqram hesabından paylaşan Seren Serengil hislərini belə izah edib:
“Zənn etdim ki, səhnəyə məni mahnı oxumaq üçün çağırır. O, oxuduğu səhnəyə çıxmaq istəmədiyimi isə yaxşı bilir. Məni buna məcbur edəndə çox əsəbləşdim və “Nə edirsən” deyə soruşdum.
Amma üzüyü mənə sarı uzadanda həyatımın ən unudulmaz anını əvvəldən planladığını anladım. Utandığımdan nə edəcəyimi unutdum, amma çox xoşbəxt idim”.
Qeyd edək ki, uzun illərin dostu olan Seren Serengillə Yaşar İpək iki aya yaxındır sevgilidirlər. Cütlük mayın 12-də nişanlanıb, avqust ayında toy edəcəklər.