25 Mart 2018 19:15
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ata olacağımı bilsəm, masanın üstünə çıxıb oynayaram.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri müğənni Sərdar Ortac jurnalistlərə açıqlamasında deyib.

O, media mənsublarının “Tarkanı ata olacağı münasibəti ilə təbrik etdinizmi” sualına cavabı belə olub:

“Tarkanla telefonda danışmadıq, amma sizin vasitəsinizlə onu təbrik etdim. Ata olacağı xəbərini İnstaqram videosu vasitəsilə açıqladığını dedilər, bu, çox gözəl jestdir. Mən ata olacağımı bilsəm, masanın üstünə çıxıb oynayaram. Belə xəbər olsa, İnstaqram hesabımdan biləcəksiniz”.

Qeyd edək ki, Sərdar Ortac 4 ilə yaxındır model Kloe Luqna ilə evlidir. Övlad sahibi olmaq istədiyini hər fürsətdə dilə gətirən Ortac həyat yoldaşının buna tələsmədiyini bildirir.


Müəllif: Nərmin

Oxşar xəbərlər