Müğənni Aylin Coşqunun İnstaqram hesabında paylaşdığı fotosuna yazdığı rəylərə görə biabır olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müğənni saxta hesabından öz fotosuna sevgi rəyləri yazmaq istəyərkən, yanlışlıqdan bunu şəxsi hesabından edib. Bu da izləyicilərin gözündən qaçmayıb.
Vəziyyəti bilən müğənni rəyləri silsə də, artıq gec olub.