Türkiyəli aktrisa Mələk Baykal yaşca özündən kiçik kişilərlə evlənən qadınları qınayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 63 yaşlı aktrisa fikirlərini sosial şəbəkədə paylaşıb:
‘‘Həmin qadınlara yaxşı baxmıram. Hətta onlara ayıb olsun. Yaşlı kişilərin də gənc qızlarla münasibət qurmasına pis baxıram. 3-5 yaş aralığı yaxşıdı, amma 60 yaşında bir kişinin 25 yaşlı qızla olması mənə iyrənc gəlir. Bu cür münasibətlərə hörmət etmirəm’’.