Müğənnilər Günel Məhərrəmova ilə Afaq Aslan arasında yaşanan və daha sonra səngiyən qalmaqal yenidən alovlana bilər.
Tabloid.az xəbər verir ki, Günel Məhərrəmovanın “Starlife” verilişində həmkarı ilə bağlı verdiyi sərt açıqlamalar çox sərt olub. O, deyib ki, Afaq Aslanın onun haqqında söylədiklərindən sonra ailəsində problemlər yaranıb. Məhz buna görə o, həmkarını məhkəməyə verəcək.
“Anamın 66 yaşı var. Qadın bu söz-söhbətlərdən ürək ağrısı tapıb. Mən heç vaxt o qadının qabağından qaçmıram. Sadəcə, abır-həyamı gözləyirəm. Hədə-qorxu gəlmirəm. Deyim ki, artıq onu məhkəməyə vermişəm. Çünki mənə böhtan atıb. Ona deyirəm ki, ağıllı ol, onsuz da səninlə bağlı tədbirlər görülüb. Mən çox yaxşı bilirəm ki, səni öyrədənlər kimlərdir. Onun haqqımda dediyi iftiralara gəlincə, gün ərzində 3-4 şou proqramlarda iştirak edirəm. Aya 10 min manat pul qazanıram. Heç toylara getməyimə də ehtiyac yoxdur”.
Xatırladaq ki, bir müddət öncə müğənni Afaq Aslan müğənni Günel Məhərrəmovanı “zövqsüz müğənni” adlandırmışdı. Ardınca isə o, daha bir müsahibə verərək, Günelin xarici görkəmi ilə bağlı fikirlərini bildirmiş, onu kilolu hesab etdiyini demişdi. Hətta bildirmişdi ki, bu görünüşlə o, qabyuyan işləsə yaxşıdır... Əvvəlcə bütün atmacaları cavabsız buraxan Günel Məhərrəmova isə göründüyü kimi artıq hücuma keçib...
Afaq Aslan isə hətta məhkəməyə verildiyini bilsə də belə, susqunluğunu qoruyur, məsələyə münasibət bildirmir.