5 Aprel 2018 13:46
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anan ərə gedib, gedin yaşayın.

Teleqraf.com xəbər verir ki, bu sözləri ARB-nin efirində ekspert kimi iştirak edən hüquqşünaş Tahir Əlirzayev qalmaqallı ailənin müzakirəsi zamanı deyib:

"Atan sənə 18 yaşına kimi aliment ödəyib, evini bölüb, sizə verib. Bir ata daha nə etsin? Ana boşanmayaydı. Dərhal sonra da ərə gedib və bölünmüş evə yeni yoldaşını gətirib. Anan ərə gedib, gedin yaşayın. Biz isti yuvasından çıxan qadın da görmüşük. Siz mövqe bildirməyin, aparıcısınız. Bizi bura niyə çağırmısınız? Qadınlar sevgidən də, evdən də qaçır. Qaçır alimentə.."

Aparıcı Rövşanə isə fiziki qüsurlu Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.

Qeyd edək ki, verilişdə şikayətçi 18 yaşlı Bəşir anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar səsləndirilən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər