Sevgiliniz yanınızdadırsa, pulqabına ehtiyacınız yoxdur.
Teleqraf.com xəbər verir ki, məşhur aktrisa və aparıcı Burcu Əsmərsoyun Yutubda yeni yaratdığı telekanal vasitəsi ilə səsləndirdiyi "sevgiliniz yanınızdadırsa, pulqabına ehtiyacınız yoxdur" ifadəsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Gözəl aparıcı və aktrisa daha sonra bunları söyləyib:
"Yanımda sevgilim olsa belə, mən yenə özümlə pul götürürəm. Ola bilər ki, sevgilimin pulu olmaz".
Teleqraf.com Burcu Əsmərsoyun verilişinə edilən bəzi şərhləri diqqətə çatdırır:
- İnsanlar qadınlarımızın müstəqilliyi, öz ayaqları üzərində durması üçün illərdir çalışır, mübarizə aparır. Sən isə durub adamları belə mənasız şeylərə yönləndirirsən.
- Bu qədər tanınmış insanların belə düşünməsi nə qədər gülüncdür…
- Yazıq, çox yazıq! Utandım sənin yerinə...