10 Aprel 2018 12:02
3 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küçədə qısa, dizdən yuxarı paltarda gəzsəm, elə bilərəm ki, lütəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Röya “Qafqazinfo.az”a geniş müsahibəsində deyib.

O, çərçivələrə sığmayan biri olsa da, adi həyatda, cəmiyyətdə başqa cür olduğunu bildirib:

“Əslində həyatda başqa cürəm. Nə qədər kamera qarşısında açığamsa, o qədər şəxsi həyatda utancağam. Mənə tərif gələndə... Nə bilim. Elə dostlarım var ki, onlar mənim siqaret çəkməyimi belə görməyiblər. Bir dəfə belə bir hadisə olmuşdu. Zülfiyyə Xanbabayeva içəri girəndə siqareti ovcumda söndürdüm. Məsələn, küçədə qısa paltarda gəzmərəm, gəzə bilmərəm. Dizdən yuxarı paltarda elə bilərəm ki, lütəm. Həyatımı başqa cür yaşayıram, çərçivələrim də var. Fərqli anlarda, fərqli yerdə, fərqli adamlarda çərçivələrimin ərazisi dəyişir”.

Müğənni boşanması haqda da fikirlərini bölüşüb.

Daha geniş videoda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər