Çuvaşiya Respublikasından olan 18 yaşlı Yuliya Polyaçixina “Rusiya gözəli-2018” tutulunun sahibi olub.
Teleqraf.com xəbər verir ki, onu ağ qızıldan düzəldilmiş, brilliant, yaqut və göy yaqut (sapfir) hazırlanmış tacla, həmçinin 3 milyon rubl pul mükafatı və yeni avtomobillə təltif ediblər.
Yuliya fitnes-aerobika və badmintonla məşğuldur, orta məktəbi qızıl medalla bitirib.
SMS-səsvermə yolu ilə seçilən Rusiya gözəli ölkəsini “Dünya gözəli” müsabiqəsində təmsil etmək şansı əldə edib.