Rusiya sakini “Dünya gözəli -2014” müsabiqəsinin qalibi seçilib.
Dünən Ekvadorda keçirilən “Dünya gözəli -2014”ün qalibi Sankt – Peterburqdan olan Yuliya İonina olub.
28 yaşlı Yuliya ailəlidir və 3 uşaq anasıdır. “Gözəllik və mərhəmət” adlı xeyriyyəçilik fonduna rəhbərlik edir. “Hüquq elmi” ixtisası üzrə ikinci ali təhsil alır.
Qeyd edək ki, “Dünya gözəli” müsabiqəsi 1985-ci ildən keçirilir. Bundan öncə, iki dəfə -2006 və 2009-cu illərdə Rusiya vətəndaşı müsabiqənin qalibi olub.
/qafqazinfo/