30 Aprel 2018 00:55
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Nura Suri Feysbuk hesabındakı paylaşımla diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçı ötən gün “Crystall Hall”da keçirilən Kristina Aquilera konsertindən sonra Bayraq Meydanında dayanan taksi sürücülərinin azərbaycanlıları maşınlarına minməyə icazə vermədiyini yazıb.

O, həmçinin sürücülərin turistlərdən 5 manatlıq yol üçün 400 manat tələb etdiyini də bildirib:

“Dünən “Crystall Hall”dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi həmin taksilərin buna icazə verməməsi olub. Dayanan taksilər deyiblər ki, burada elə-belə durmuşuq. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər.

Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.

Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Deyək ki, sən 400 manat aldın, o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?! Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər