Britaniyalı müğənni, aktrisa və model Rita Ora “Glamour” jurnalının sentyabr buraxılışı üçün fotosessiya etdirib.
23 yaşlı ifaçı müsahibəsində maraqlı açıqlamalar edib. O, dünya şöhrətli müğənni Madonna ilə ilk görüşü barədə təəssüratlarını bölüşüb:
“Madonnanı ilk dəfə görəndə qorxdum. Mən onun ən güclü fanatı olmuşam və onu həmişə əlçatmaz hesab etmişəm. Ancaq biz qarşılaşanda başa düşdüm ki, o da mənim kimi insandır. Ancaq Madonna mübahisəsiz əfsanədir”.
/Axşam.az/