9 May 2018 10:13
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib. İlk yarımfinalda 1 nömrə altında “X my heart” mahnısı ilə çıxış edən təmsilçimiz Aysel Məmmədova uğursuzluğa düçar olub.

Müğənni və tanınmış aparıcı Murad Arif məsələ ilə bağlı fikirlərini paylaşıb. O, sözügedən müsabiqə üçün mahnıların xarici ölkələrdən alınmasına qarşı çıxıb:

“İsveç-Yunan mahnılarıyla təmsil olunan Azərbaycan “Eurovision”da heç finala da keçə bilmədi... Biz Tünzalə Ağayeva ilə “Popumuz var” proqramında bu ümidsiz mahnı barədə danışmışdıq. Çox təəssüf edirəm. Ən çox da istedadlı qızımız Aysel Məmmədova üçün üzüldüm. Bilmirəm necə, amma “Eurovision” bu ölkədə estradanı dirçəltməli və sektoru yönəltməliydi, teleməkanı düzəltməliydi. Heç nə etmədi... Bilmirəm niyə belə olur! Niyə biz öz Vətənimizdə tacik-özbək-fars musiqi-ritmlərini xalqa sırıdıq, sevdirdik.

Niyə bütün günü zənginliyimizdən dəm vurub, rəngsiz-soyuq əcnəbi musiqiləri alıb Avropaya göndərdik. Bəlkə, doğrudan da biz buyuq? Yoxsa, axtarmağı, həvəsləndirməyi, çalışdırmağı və üzə çıxartmağı bacarmırıq? Bilmirəm!”.

Azərbaycan “Eurovision” üzrə ekspert jürisinin tərkibində yer alan aparıcı Nurlana Cəfərova da məsələyə biganə qalmayıb və “Eurovision”da Azərbaycanın payına düşən ilk uğursuzluğu təbii qarşılamağın lazım odluğunu vurğulayıb:

“Biz “Eurovision” finalına keçməyən ilk və yeganə ölkə deyilik. Elə ölkələr var ki, illərlə bu uğursuzluqla rastlaşır. Hər işin ilki ağır olur. Ona görə də, üzülməyək. Gözəl və istedadlı təmsilçimizə bundan sonrakı yaradıcılığında uğurlar və yüksək pillələr arzu edirəm”./Publika.az/

***

01:13

Azərbaycan tarixində ilk dəfə "Eurovision"un finalına çıxa bilməyib.

Teleqraf.com xəbər verir ki, ilk yarımfinalda "X my heart" mahnısı ilə birinci çıxış edən Azərbaycan təmsilçisi Aysel Məmmədova televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində finaldan müsabiqədən kənarda qalıb.

***

23:33

Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə ilk çıxaraq "X my heart" mahnısını ifa edib.

Müsabiqəyə 43 ölkə qatılıb. "Avroviziya-2018"in yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də olacaq.


Müəllif: Teleqraf.com