9 May 2018 17:54
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Sərdar Ortac həyat yoldaşı Kloye Luqna ilə evliliyi barədə səmimi açıqlamalar verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni boşanma xəbərinin yalan olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda hər şey qaydasındadır: “Kloyenin məni sevdiyinə tərəddüd etsəydim, onunla evlənməzdim. Mən o qədər axmaq adam deyiləm”.

Sərdar Ortac həyat yoldaşının iş üçün getdiyi Mayamidə onu aldatdığı iddiasına da cavab verib: “Kloye istəsə, özünə çox adam tapa bilərdi. Amma mənimlə evləndi. Pulum da qutarıb, ultra yaraşıqlı da deyiləm. Demək ki, o, məni sevir. Mənim onu sevdiyim qədər, onun da məni sevdiyinə əminəm”.

Qeyd edək ki, Sərdar Ortac model Kloe Luqna ilə 2014-cü ildə evlənib.


Müəllif: Cəmilə