9 May 2018 22:58
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor və teleaparıcı Hakan Ural müğənni Sibel Canla ailə həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, aktyor bildirib ki, Sebel Canla evli olduğu zaman hər iksinin yaşı az olub: “Biz evlənəndə hər ikimiz çox gənc idik. Mənim 19, Sibel Canın isə 17 yaşı var idi. Onun gecə həyatı yox idi. İçki içməz, siqaret çəkməz, qumar oynamaz və lüksü sevməzdi.

O indi çox işləyir. Qazancı ilə övladlarına, sevdiklərinə baxır, məktəb və xəstəxanalar tikdirir. Amma bu barədə heç kimə demir”.

Qeyd edək ki, cütlük 1988-1999-cu illərdə evli olub. Onların Hakan Engincan və Melisa adlı iki övladları var.


Müəllif: Cəmilə