Bəstəkar Gövhər Həsənzadə türkiyəli sənətçi İbrahim Tatlısəsə mahnı verməkdən imtina edib
Buna səbəb həmin bəstənin başqa ifaçılar tərəfindən də istənilməsi olub. Bu haqda əməkdaşımızla söhbətində danışan G.Həsənzadə İbrahimin arzuladığı mahnını müğənni Nilufərə verdiyini bildirib:
“Beş il bundan əvvəl yazdığım və İzzətin (müğənni İzzət Bağırov – red.) təqdimatında eşitdiyimiz “Bəs mən indi neyləyim” adlı bəstəm qardaş ölkədə bir neçə tanınmış müğənniyə dinlədilib. Beş ən məşhur ifaçı həmin mahnını məndən almaq istədi. Onların arasında İbrahim Tatlısəs, Sibel Can və Fərhad Göçər də var idi. Amma mənim çoxdankı arzum idi ki, bəstəmi Nilufər oxusun. Məhz ona görə, həmin müğənnilərə “yox” deyib, mahnımı Nilufərə verdim. Onun sənətini çox bəyənirəm. Bəstəmi necə ərsəyə gətirəcəyi mənim üçün çox maraqlıdır”.
/Axşam.az/