12 Avqust 2014 19:59
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan ifaçı qardaşı İsmayıl Nəcəfova yaradıcılığında kömək edəcək

İllərdir qardaşına dəstək olmadığı üçün qınanan sənətçi bu il solo konsertində səhnəni onunla paylaşacağını bildirib. Röya bu barədə İnstaqram səhifəsində qardaşı İsmayıla mesaj göndərib:

“Eşqim, mənimlə eyni səhnəni paylaşmağa hazır ol. Səni bu il Heydər Əliyev Sarayında təqdim edəcəm. Gələn il sənə sürprizlərim olacaq. Dayanmadan üzərində işlə”.

İ.Nəcəfov isə bacısına belə cavab verib:

“İnşallah ,bacım. Allah bizi bizdən ayırmasın. Səninlə bir səhnəyə çıxmaq mənim üçün ən böyük şərəf və qürur olacaq. Səbirsizliklə gözləyirəm. Allah hamımızın yolunu açıq etsin”.

/Axşam.az/


Müəllif: