12 Avqust 2014 19:04
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yayımlanan "Möhtəşəm yüz ıl" serialında yaratdığı Hürrəm sultan obrazından sonra məşhurlaşan aktrisa Məryəm Üzərli keçmiş sevgilisi ilə görüşüb.

Fevral ayında ana olan və qızı Laranı qucağına alan Üzərli keçmiş sevgilisi Can Atəş ilə aralarında olan buzları əritməyə başlayıb.

Bir neçə gün öncə Almaniyaya gedərək qızını ziyarət edən iş adamının Məryəmlə əl-ələ tutduğu fotoları sosial şəbəkədə paylaşıb. Atəş bundan sonra qızı ilə tez-tez görüşmək qərarına gəlib. Qeyd edək ki, Can Atəş Məryəmin ad günündə də iştirak edib.

Cütlük hazırda sadəcə olaraq övladlarına görə yaxınlaşdıqlarını deyiblər.

Ülkər


Müəllif:

Oxşar xəbərlər