19 May 2018 20:30
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün doğum gününü qeyd edən Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Dəniz 20 günlük oğlu Quzeyin ilk fotosunu İnstaqram səhifəsində paylaşıb.

Teleqraf.com xəbər verir ki, sənətçi oğlu barədə arzularını izləyiciləri ilə bölüşüb:

“Səninlə göz-gözə gəlib, cənnət qoxunu ciyərimə çəkəndə dilimdən şükürlər yağır. Sən mənim ən gözəl hədiyyəmsən. “Allah qarşına pis insanlar çıxarmasın, yanlışlıqlardan, çətinliklərdən uzaq tutsun” deməyəcəyəm. Bunları yaşayacaqsan, çünki hayatın qaydası budur.

Sənə həyatı səhvlərin, yaşadığın çətinliklər, qarşılaşdığın pis insanlar öyrədəcək. Atan olaraq duam və səyim bunlar qarşısında güclü, əzmli olmağına kömək etmək olacaq. Bu sözləri buraya yazıram ki, itməyəcək, yaşa dolduqda həmişə qarşına çıxacaq, oxuyacaqsan. Unutma ki, şərtlər nə olur olsun, həmişə yanında olacağam”.


Müəllif: Nərgiz Cavadzadə