20 May 2018 23:56
2 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Ahu Tuğba şəxsi həyatı barədə cəsarətli açıqlama verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisa həyat yoldaşları tərəfindən davamlı aldadıldığını qeyd edib: “Neçə dəfə ailə həyatı qurduğum yadıma gəlmir. 8 və ya 10 dəfə evli olmuşam. Onların hər biri mənə xəyanət edib. Niyə məni aldadan kişi ilə birlikdə evli qalmalıyam? Onlar mənə lazım deyil. Bu gün ayrıldığım həyat yoldaşlarımla digər aktrisalar xoşbəxt günlər yaşayır".

Ahu Tuğba qeyd edib ki, həyat yoldaşları hətta evində çalışan köməkçilərlə ona xəyanət edib.


Müəllif: İlhamə Əbülfət