21 May 2018 08:28
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Lalə Əlimuxtarova Lider TV-dən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda teleaparıcı özü "Milli.Az"a açıqlama verib:

"Fəaliyyətimi başqa bir telekanalda davam etdirəcəyəm. Bu da tam fərqli bir veriliş olacaq. Tezliklə vəd etdiyim verilişi görəcəksiniz".

Qeyd edək ki, Lalə Əlimuxtarova uzun illər Lider TV-nin siması olub. O, sonuncu dəfə telekanalda "Köklə sazı" verilişinə aparıcılıq edib.


Müəllif: Teleqraf.com