21 May 2018 15:25
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq geyinməyə qorxurdum, ərim deyirdi, geyin.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Boş anlar” verlişinə qonaq olan meyxanaçı Samirə Yusifqızı həyat yoldaşı ilə atasının düşüncə tərzinin fərqindən danışarkən deyib.

O, həyat yoldaşı sağ ikən ona çox dəstək olduğunu bildirib.

“O vaxt yoldaşım polis işçisi idi. O, çox sivil adam idi. Hətta mən özümə sığışdırıb əynimə geyinə bilmədiyim bir paltarı o gedib alıb geyindirərdi. Deyirdim, yox o biraz açıqdı, qorxuram elə geyinim. Deyirdi ki, yox, geyin. Sən səhnə adamısan, geyinməlisən. Çox müasir düşüncəli idi. Ona görə mən ona minnətdaram və Allah ona rəhmət etsin”.

Samirə Yusifqızı həyat yoldaşının əksinə olaraq, atasının onu efirə buraxmamasından söz açıb:

“Atam məni efirlərə buraxmırdı. Axırıncı çıxışdan sonra dedi ki, daha bəsdir. Böyük qızsan, oxumaqla qurtardıq. Get başqa sənət oxu. Hətta məni əczaçılığa qoydular. Əczaçılığı da oxudum. Aptekdə də işləmişəm. Yəni dedi ki, get qız sənəti ilə məşğul ol. Oxumaq bizlik deyil, bizə yaraşmır. Hətta mən gizlin-gizlin ansambllara gedəndə xəbər tutmuşdu və o vaxtı soldat kəməri ilə məni döymüşdü”.


Müəllif: Günay Əli