28 May 2018 22:25
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Ancelina Coli yeni filmi “Maleficent 2”nin çəkilişləri üçün İngiltərədədir.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir Londonda olan aktrisa film çəkilişlərindən sonra vaxtının çoxunu uşaqlarıyla birgə keçirir.

“O, hər gün filmin çəkilişləri bitdikdən sonra Knoks və Şilo ilə birlikdə parka gedir. Gününün əksər hissəsini də burada keçir.

Vəkalət məsələsinə görə, keçmiş həyat yoldaşı Bred Pitlə münasibətləri soyuq olan aktrisa atasına uşaqları ilə görüşməyə də icazə vermir. Ancelina xoşbəxt deyil. O, uşaqlarının çəkilişlər ərzində Londonda qalmasını istəyir, - deyə “Nyu-York Post” qəzeti yazır.


Müəllif: Mənsur Rəğbətoğlu