Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu yenidən evlənib.
Teleqraf.com xəbər verir ki, futbolçu Emmanuel Emenike "2014 Nigeriya gözəli" seçilən İheoma Nnadi ilə evlənib.
Cütlüyün toyu Nigeriyanın paytaxtı Laqos şəhərində baş tutub.
Qeyd edək ki, futbolçu karyerasını Yunanıstanın Olympiakos komandasında davam etdirir. O, daha öncə "2013 Nigeriya gözəli" Ezinne Akodo Anyaohaeilə sevgili olub.