29 May 2018 01:43
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor Əmrə Kınay haqqında çıxan ölüm iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, aktyor İnstaqram səhifəsində canlı yayım edərək barəsində yayılan xəbərlərə münasibət bildirib.

Əmrə Kınay qeyd edib ki, hər kəs onun öldüyünü düşünür: "Ölmədim yaşıyıram. Allah məni qızıma bağışladığı zamana qədər yaşayacağam. Öldüyüm barədə hansı şüursuz məlumat paylaşıb bilmirəm".

Qeyd edək ki, 48 yaşlı aktyor ən son "Sevdanın Bağçası" serialında rol alıb.


Müəllif: Cəmilə