28 May 2018 22:40
1 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı musiqiçi Elton Con Ermənistana səfəri çərçivəsində bu ölkədə hər kəsin istədiyi eynicinslilərlə evlənə bilməsi haqda qanunun qəbul edilməsi üçün yardım edəcəyini açıqlayıb.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, müğənni QİÇS-ə yoluxmuş insanların və LGBT icma nümayəndələrinin problemlərinin həllinə kömək edəcəyini deyib.

Elton Con AİDS-ə yoluxmuş insanların sağlam həyat tərzi sürməsi və təhlükəsiz bir yerə köçürülməsi üçün yardımçı olacaqlarını bildirib.

O, İngiltərədə həyat yoldaşı ilə evlənə biləcək qədər şanslı olduğunu söyləyib: “Bunun olacağını heç düşünməmişdim. Hər şey dəyişir. Yeni baş nazir Paşinyan və prezident Sərkisyan bu cür məsələlərin daha da yaxşılaşacağını düşünürəm. Həmişə dəyişim fırtınası olduğuma görə özümlə fəxr edirəm”.

Xatırladaq ki, 2004-cü ildə Britaniya parlamenti eynicinslilərin nikahını qanuniləşdirdikdən sonra Elton Con 11 illik partnyoru Devid Fernişlə nikah müqaviləsi bağlayıb.


Müəllif: Nərgiz