29 May 2018 19:00
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya şahzadəsi Harri və xanımı Meqan Mark bal ayı üçün seçdikləri məkanı dəyişməli olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Cütlük əvvəlcə bal ayını Namibiyada vəhşi təbiətin qoynunda keçirməyi qərarlaşdırıb. Ancaq daha sonra Harri və Meqanın Kanadaya üz tutacağı məlum olub. Onların Alberto əyalətindəki “Fairmont Jasper Park Lodge” otelində qalacağı aydınlaşıb.

Qərb mətbuatı buranı “dünyadakı ən darıxdırıcı kurortu” adlandırıb.

Cütlük üçün altı yataq otağı olan nömrə hazırlanıb.

Qeyd edək ki, 2005-ci ildə burada şahzadə Filip və II Yelizaveta, 1939-cu ildə isə kral IV Georg IV və şahzadə I Yelizaveta qalıb.


Müəllif: Ruslan