Tanınmış aktyor Anatoli Naryadnov xanımını döydüyü üçün həbs edilib.
Teleqraf.com “Life.ru”ya istinadən xəbər verir ki, 34 yaşlı aktyor Moskva məhkəməsinin qərarına əsasən, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata əsasən, martın 17-də bir nəfər polisə zəng edərək, qonşuluğundakı kişinin vətəndaş nikahı ilə yaşadığı qadını döydüyünü bildirib. Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Qadın kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.
Anatoli Naryadnov isə martın 20-də saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Qeyd edək ki, Anatoli Naryadnov bir neçə məşhur filmdə rol alıb.