8 İyun 2018 00:58
3 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın" şounun növbəti buraxılışı daha çox müğənni Əli Mirəliyev ilə aktrisa Pərvin Abıyeva arasındakı qalmaqalla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, müğənni Əli Mirəliyev P. Abıyevanın "Qocaların burda nə işi var?" sözlərinə kəskin reaksiya verib. Aktrisanın "Mən Mirəliyevin oxuduğunu anlamıram" deməsi isə müğənnini dilə gətirib.

"Sən kimsən ki, oxumağıma nə isə deyəsən. Kim olduğun bilinmir? Sürdüyün bahalı maşını hansı pulla almısan?", deyə Mirəliyev aktrisanı sual yağışına tutub.

P.Abıyeva isə ifadələri Mirəliyevə yaraşdırmadığını deyib: "Əli Mirəliyev məni iki dəfə verilişinə dəvət edib, tərifləyib. İndi nə dəyişdi? Dəmir parçasına görə edirsinizsə, sizin olsun".

Ə.Mirəliyev öz növbəsində qeyd edib ki, əgər tamaşaçılar "Qalsın" desələr P.Abıyevanı oyundan çıxaracaq.

Sonda Mirəliyev 43,35% "qalsın"a səs toplayaraq yarışmanı tərk edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər