10 İyun 2018 01:50
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın" realiti-şousunun 16-cı buraxılışı davam edir.

Teleqraf.com axsham.az-a istinadən xəbər verir ki, bu dəfə səsverməyə müğənni Rahidə Baxışova çıxıb. O bildirib ki, səs topladığı təqdirdə əməkdar artist Abbas Bağırovu oyundan uzaqlaşdıracağını deyib.

Amma bir az keçdikdən sonra sənətçi "Abbas oyun başlayandan bir dəfə mənə səsini ucaltmayıb. Onu uzaqlaşdırsam, haqsızlıq olacaq. Bu gün günortaya qədər fikrim Pərvin Abıyeva idi. İndi də qərarımı dəyişdim, Pərvini çıxaracam" deyib.

Şounun sonunda 46,34 faiz səslə Rahidə uduzub və evə özü getməli olub. O, evinə getdiyi üçün məyus olmadığını söyləyib.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər