10 İyun 2018 12:28
2 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərinin xəyanətini bağışlayaraq, onunla tətilə gedən Türkiyənin tanınmış müğənnisi Kibariyənin ailəsi müğənnidən üz döndərib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, xəyanət xəbərlərinə rəğmən, həyat yoldaşı Əli Kiçikbalçıqla İzmirə tətilə yollanan müğənninin “ərim mənə nə vaxt "səni istəmirəm" desə, o zaman qaçıb gedərəm” sözləri ailəsini qəzəbləndirib.

Kibariyənin Əli Kiçikbalçıqla barışığını dəstəkləməyən ailəsi qızları ilə görüşməməyi qərara alıb.

Jurnalistlərin suallarını cavablandıran Kibariyə evliliyi barədə danışdığını və bu məsələyə bir daha qayıtmayacağını deyib: “Həmişə deyirəm ki, hər bir insanın səhvi olur, səhvsiz insan yoxdur. Səhvlər yenidən təkrarlanmasın, bu kifayətdir. Həyat yoldaşım mənə "səni istəmirəm" desə, o zaman qaçıb gedərəm. Bizim münasibətlərimiz çox yaxşıdır, mənim boyda qızım var, bu gün sabah ailə quracaq, onu düşünürəm. Hər şey oldu, keçdi”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər