Hər zaman qeyri adi geyimləri və hərəkətləri ilə diqqət mərkəzində olan müğənni Ledi Qaqa dəbin qurbanına çevrilib.
Məşhur pop ifaçı Londonda hava limanında çıxılmaz vəziyyətə düşüb. Sənətçi inanılmaz hündürlüyündə olan platformalı ayaqqabı ilə cəmiyyət arasına çıxıb.
Ledi gəzdiyi zaman özünü saxlaya bilməyib və insanların gözü qarşısında yıxılıb. Qaqanın geyindiyi dəridən olan ayaqqabılar kənardan dəbli görsənir, amma ki, düzgün zamanda geyinilməyib.
Dizaynerlər bildiriblər ki, ifaçının geyindiyi ayaqqabının hündürlüyü 30 sm-dir.
/anspress/