1 İyul 2018 08:18
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox qadın baş rolları canlandırmış türkiyəli aktrisa Türkan Şoray bundan sonra filmlərə çəkilməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Yeşilçam” filmlərinin sultanı olan aktrisa 222 bir seriyalı filmə, 12 televiziya serialına çəkilib.

Türkan Şoray daha yaxşı ssenarilərin olmadığını deyib: “Aktrisalığı tərk etdim. Artıq filmlərdə olmayacam”.

Türkan Şoray 1960-cı ildə 15 yaşında “Kənddə bir qız sevdim” filmi ilə aktrisalığa başlayıb.


Müəllif: Naibə Qurbanova