3 İyul 2018 08:28
2 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur britaniyalı müğənni Rita Ora yeni müsahibə verib.

Teleqraf.com xəbər verir ki, klipləri, rəqsləri və mahnıları ilə Beyons və Rihanna kimi ifaçılarla bir pillədə olan Rita yeni albom üzərində işlədiklərinin bildirib.

O, Antalyada verdiyi konsertdən öncə jurnalist Hakan Gencenin suallarını cavablandırıb.

“Əslən Kosovadanam. Müharibə səbəbindən İngiltərəyə köçdük. Ailəmin çətinliklərlə üzləşsə də, öhdəsindən gəldik. Anamda xərçəng xəstəliyi aşkar edildi. Ancaq uzun müalicədən sonra sağaldı. Mən də böyüdükcə miqrant olmağın, başqa bir ölkədən İngiltərəyə gəlməyin nə demək olduğunu anlamağa başladım.

Anam psixiyator, atam isə restoran sahibi idi. Atam bunu dediyim üçün mənə əsəbləşəcək, amma bizim ailədə şalvarı anam geyinirdi. Yəni evdə anamın sözü keçirdi. Atam böyük bir oyuncaq ayı kimiydi. Çox yumşaq və kübar. Anam isə onun tam əksidir. Buna görə, evdə həmişə evdə anamın səsi yüksək tonda çıxırdı.”


Müəllif: Ruslan

Oxşar xəbərlər