19 İyul 2018 22:36
3 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Mişelle Demişeviç türkiyəli müğənni Mustafa Cecəlinin vaxtilə məşhur kafe sahibilə sıcaq münasibətlərinin olduğuna dair paylaşım edib.

Teleqraf.com xəbər verir ki, keçmiş sevgilisinin homoseksual olmasına dair görüntüləri yaydığı iddia olunan M.Cecəlinin özü barədə eyni iddia ortaya atılıb.

Jurnalist Mişelle Demişeviç Cecəli ilə bağlı sosial şəbəkədə ağır ittiham hesab olunacaq paylaşım edib.

"İstanbul, Bəyoğlu, Cahangirdəki o məşhur kafenin "erkək" sahibi ilə illər öncə sən çox böyük bir eşq yaşamısan, xatırlayırsan, Mustafa Cecəli?", deyə jurnalist paylaşımında qeyd edib.

Qeyd edək ki, M.Cecəli keçmiş sevgilisi Sinəm Gedikin müğənni İntizar ilə xoşagəlməz görüntülərini sosial şəbəkədə yaymaqda qınanılır.


Müəllif: Teleqraf.com