14 Avqust 2018 22:07
6 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda açıq-saçıq geyimli qızın avtomobil yuması videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Teleqraf.com xəbər verir ki, görüntülərdəki qızın kimliyi Azxeber.com-a məlum olub.

Məlumata görə, videoya çəkilən qız Nəzrin Həsənovadır. O yayılan videonu sosial şəbəkə hesabında paylaşıb və bir neçə dəqiqə sonra silib. Ancaq izləyiciləri bu videonu götürərək, sosial şəbəkədə yayıblar.

Nəzrin Həsənova video haqqında açıqlama verib. O bildirib ki, video öz istəyi ilə çəkilib və bu fotosessiya üçün olub:

“Bu video mənim istəyimlə çəkilib. Heç kim məni buna məcbur etməyib. Bəzi şərhlər oxuyuram ki, guya kimsə məni buna məcbur edib, bunlar hamısı yalandır. Bu sadəcə fotosessiya zamanı edilmiş zarafatdır və lentə alınıb”.


Müəllif: Teleqraf.com