19 Avqust 2014 12:45
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli şou-biznesdə növbəti qalmaqal yaşanıb.

ATV telekanalında nümayiş olunan “Azərbaycanın səsi” verilişində xoşagəlməz hal yaşanıb.

Belə ki, teleaparıcı Günay Firudinqızının veriliş zamanı münsif üzvü olan əməkdar artist Elza Seyidcahanı “Elza” deyə təqdim etməsi qarşı tərəfin xoşuna gəlməyib. O, səhnəyə qalxaraq, canli efir zamanı etirazını bildirib. Bunu özünə qarşı hörmətsizlik hesab etdiyini deyib:

“Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. “Elza” deyəndə məni qaldırıb, özünü aşağı salırsan. Siz bizə ad-soyadla müraciət etməyin, əməkdar artist deyin. Bizdən tərbiyə alanlar səhvlərə yol verməsinlər. Kobudluq eləmirəm, Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm. Tamaşaçılar baxır. O boyda Nərgiz Cəlilova insanları qazandığı adla çağırır”.

Bundan bərk əsəbiləşən Günay Firudinqızı isə E.Seyidcahanın sözlərini cavabsız qoymayıb.

“Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm” -deyən G. Firudinqızı texniki işçilərdən müğənninin mikrafonunu söndürülməsini tələb edib:

“Bu, yarışmadır. Şəxsi prinsipləri müzakirə etməyək. Proqramdan sonra danışarıq”.

Bunda sonra Elza Seyidcahan vəziyyəti yumşaltmağa çalışıb. Deyib ki, onların arasında hər zaman səmimi münasibət olub:

“Amma ki, bu səmimi münasibət yalnız efirdən kənarda olmalıdır. Tamaşaçılar qarşısında mənə əməkdar artist kimi müraciət olunmasını istəyirəm. Gün o gün olsun, sənə də əməkdar jurnalist adı versinlər. Mən də səni o cür təqdim edim”.

tabloid.az


Müəllif:

Oxşar xəbərlər