Ukraynanın əməkdar artisti, rəqqasə Alla Kuşnir aparıcı Zemfira Adıgözəlovaya hədiyyə göndərib.
Sənətçi sevimli libasının eynisini aparıcıya bağışlayıb.
Z.Adıgözəlova bu haqda əməkdaşımızla söhbətində danışıb:
“Ötən il Alla Kuşnir Bakıya gələndə bu libasdan geyinmişdi. Çox xoşuma gəldi. Ukraynaya qayıdan kimi mənim üçün də alıb göndərib. Ötən il geyinməmişdim, bu il üzə çıxardım. Hazırda Türkiyədə istirahətdəyəm, paltarı da özümlə götürmüşəm. Ayın 27-də Bakıya qayıdacam”.
Z.Adıgözəlova həmin libasda fotosunu İnstaqram səhifəsində paylaşaraq Allaya təşəkkürünü bildirib.
Axşam.az