“Bu günə qədər heç bir yerimdə plastik əməliyyat etdirməmişəm. Bir tək saçlarım əkilmədi”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Səməd Səmədov deyib. 72 yaşlı müğənni plastik əməliyyat edən məşhurlardan söz açaraq bildirib ki, özü heç zaman bu yola əl atmayacaq: “Mənim bu sənətdə olan dostlarımdan Elariz Məmmədoğlu, Cavanşir Məmmədoğlu, Vasif Məhərrəmlinin əvvəllər saçları çox seyrək idi. Onların əvvəlki görünüşləri insanlar tərəfindən elə də yaxşı qarşılanmırdı. Amma indi saç əkdiriblər, səhnəyə yaraşırlar. Kişinin saç əkdirməsi niormaldır. Bu günə qədər mənə çox adam deyib ki, üzündə plastik əməliyyat etdir, qırışlarını dartdır. Amma mən buna razı olmamışam. Kişi meymundan bir balaca fərqlənməlidir. Plastik əməliyyat edən kişi müğənnilərinə pis baxmıram. Amma mən Səməd heç vaxt bunu etməyəcəm. Bu yaşdan sonra üzümdə botoks etdirməyim düzgün olmaz. Onsuz da məni belə də sevirlər, gündəmdəyəm. Bəzi insanlar da var ki, 40 ildir ki, sənətdədirlər, amma gündəmə, dəbə düşə bilməyiblər. Bu barədə mən çox şanslıyam”.