11 Sentyabr 2018 13:36
4 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva “Səhər-səhər” verilişində açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, reperin keçmiş xanımı bildirib ki, övladlarını Anarla görüşməyə qoymurmuşlar: “Onun övladları ilə vidalaşmağa haqqı var idi. Mənim qayınanam başqalarının sözünə inanan inşandır. O nənəyə sözüm odur ki, sənin adını daşıyan Şərqiyə hələ də küçələrdədir. Anar sağ olanda bizi görməyə gəlməyənlər, indimi gələcək? Çətin. Bundan sonra uşaqları görməyəcəklər”.

Reperin xanımı Anarın sosial şəbəkələrdə yayılan videosundan da söz açıb: “Heç bir qadın istəməz ki, özünün təhqir olunduğu və övladlarına ləkə gətirəcək bir video sosial şəbəkədə olsun. O videonu yayanın Allah bəlasını versin. Gec-tez onu yayan insanı da tapacam”.

Qeyd edək ki, 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gələn Anar Nağılbaz ötən ay avqustun 4-də dünyasını dəyişib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər