20 Avqust 2014 12:20
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 yaşında Azərbaycandan Türkiyəyə köç edən hazırda isə qardaş ölkənin istedadlı, bol mükafatlı, sevilən aktrisası Nəsrin Cavadzadə yeni mövsümdə üç fərqli rolla tamaşaçıların qarşısına çıxacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il kinoda Nəsrin Cavadzadənin ilidir. “Kinoda Nəsrin ili” yazıda aktrisanın çəkildiyi və bu il ekranlara çıxacaq filmləri sadalanıb. Baş rolunu oynadığı, kino tənqidçilərinin də diqqətini çəkən Kutluğ Atamanın yeni filmi “Quzu” noyabr ayında ekranlara çıxacaq.

Filmdə hadisələr Mədinə adlı qadının oğlunun sünnəti şərəfinə quzu kəsmək istəməsindən başlayır.

Növbəti aylarla nümayişinə start veriləcək “Anamın mahnısı”nda Nəsrin şəhərli gənc qadını, tarixi olaylardan bəhs edən “Son məktub” da isə tibb bacısı obrazını canlandırıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər