12 Sentyabr 2018 01:17
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənni Nihat Doğana qarşı irəli sürülən ittihamlarla bağlı bəzi detallar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, müğənni 11 və 16 yaşlı iki qız uşağını zorla evinə dəvət etməkdə günahlandırılıb. Dünən saxlanılan Nihat Doğanın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qızların ailəsinin iddiasına görə, Nihat Doğan uşaqları evinə dəvət edərək cibxərcliyi verməyə çalışıb. Ailənin şikayətindən sonra polis Nihat Doğanın evinə gedib ancaq müğənnini tapa bilməyib. Daha sonra qızlar və ailəsi polis bölməsinə yollanıb.

Ailənin şikayəti əsasında Nihat Doğan polis bölməsinə gətirilib və ifadəsi alınıb.

Doğanın meneceri Sercan Eriş məsələ ilə bağlı mətbuata açıqlama verib: "Uşaqlar Nihat bəyin evinin yaxınlığına gəlib və Nihat bəylə şəkil çəkdirmək istəyiblər. Bu gənclər arasında oğlanlar da olub. Ancaq qızlardan biri atasına müğənninin evinə gedəcəyi barədə heç nə söyləməyib. Atası da gedib polis bölməsinə Nihat Doğan barəsində şikayət edib".

Qeyd edək ki, müğənni haqqında şikayət verən ailə sonradan ərizəsini geri götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər