Müğənni Mətanət Əsədova sevgilisindən danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “5-də 5” verilişində bildirib ki, ötən gün sosial şəbəkədə paylaşdığı bəy onun sevdiyi şəxsdir: “O, mənim yaşama səbəbimdir. Ona qurban olum, mənim eşqimdir, sevgimdir, ürəyimdir".
Daha sonra aparıcı Zaur Kamal ifaçıya “sevgilini indi bura dəvət edəcəm” deyib.
Mətanət isə aparıcıya "Buraya heç vaxt gəlməz, ayrı bir oğlandır. İndi oturub mənə baxır"- sözlərini deyib.
Qeyd edək ki, M.Əsədova bir dəfə evil olub, boşanıb.